30 Aprel 2019 17:55
890
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gürcüstan və Azərbaycan arasında sərhəd məsələsi həll olunmalı və demarkasiya işləri aparılmalıdır”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu jurnalistlərə Gürcüstan parlamentinin vitse-spikeri Gia Volski deyib.

O, Gürcüstan Prezidenti Salome Zurabişvilinin Keşikçi Dağı Məbəd-Kompleksi ətrafında yaranmış vəziyyətdə günahlandırılmasını siyasi əxlaqsızlıq adlandırıb: “Salome Zurabişvili Gürcüstanın dövlət maraqlarına xidmət edir və bu da Azərbaycanın maraqlarına zidd deyil. Gürcüstan və Azərbaycanın maraqları üst-üstə düşür. İki ölkə arasında sərhəd məsələsi həll olunmalıdır”.

Qeyd edək ki, S.Zurabişvili aprelin 20-də Azərbaycanla sərhəddə yerləşən Keşikçi Dağı Məbəd-Kompleksinə baş çəkib. O, sərhədçilərlə görüşdən sonra bildirib ki, Gürcüstan-Azərbaycan sərhədinin müəyyən edilməsi üzrə məsələni tezliklə həll etmək lazımdır. Prezidentin sözlərinə görə, bu məsələni təxirə salmaq olmaz.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər