2 May 2019 18:33
532
12 Punto 14 Punto 16 Punto 18 Punto

V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarovun İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusif bin Əhməd Əl-Osayminlə görüşü keçirilib.

Nazirliyin mətuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, İƏT Baş katibi V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun dünyada sülh, təhlükəsizlik və rifahın təmin olunmasına töhfə baxımından önəmli platforma olduğunu bildirib.

E.Məmmədyarov forumun rəsmi açılışında Baş katibin çıxışına istinad edərək, mədəniyyətlərarası dialoq, müasir dünyanın üzləşdiyi hədə və təhdidlər, o cümlədən islamafobiya kimi məsələlərin cavablandırılmasına dair İƏT-in yanaşması ilə bölüşdüyü üçün Baş katibə təşəkkür edib.

Tərəflər İƏT-Azərbaycan əlaqələri və əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanları ətrafında geniş fikir mübadiləsi aparıb. Həmçinin qarşıdan gələn İƏT zirvə görüşünə hazırlıq məsələləri müzakirə edilib.

Görüşdə digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər