7 May 2019 19:28
1 307
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gürcüstanın ictimai-siyasi dairələri və QHT-ləri Prezident Salome Zurasbişvilinin Azərbaycana qarşı “xoruna” qoşulub. Bu “xoru” idarə edən drijor Moskva və Avropadakı erməni lobbisidir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspertin fikrincə, ölkəmizin Avropa İttifaqı ilə saziş imzalayacağı ehtimalı və Türkiyə ilə inkişaf edən müttəfiqliyimiz bu dairələri narahat edir:

“ABŞ tərəfi qəti şəkildə iki strateji tərəfdaş olan ölkələr arasında münasibətlərin pozulmasında maraqlı deyil. Tiflisin bu siyasəti Cənubi Qafqazda Vaşinqtonun geosiyasi maraqlarını təhdid edir. Zurabaşvilinin ABŞ səfərinin Vaşinqton tərəfindən ləğv edilməsi isə onun okeanın o tayında sevilən şəxs olmadığını göstərir”.

Məhəmməd Əsədullazadə qeyd edib ki, Zurabaşvilinin ABŞ bazalarının ölkəsində yerləşdirilməsinə qarşı çıxması və Azərbaycana qarşı ərazi iddiasının arxasında duranlar arasında Fransanın indiki hakimiyyəti də var:

“Digər yandan, Ermənistan hakmiyyəti və siyasi dairələri də bundan istifadə edərək, Tiflislə sıx təmaslarda olmağa çalışacaq. Buna görə də Bakı Tiflisə təzyiq etməli, Gürcüstan ərazisinə düşən qədim Albaniya irsinə daxil olan Keşikçidağ məbəd kompleksinin qalan hissəsini tələb etməlidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər