8 May 2019 18:36
2 239
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 15-i Moskvada baş tutmuş Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı görüşü və görüşlə əlaqədar bəyanat barədə ATƏT-in baş katibi Tomas Qremingeri məlumatlandırıb.

Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O bildirib ki, Moskva görüşlərinin yekunlarına əsasən qeyd olunduğu kimi, Azərbaycan və Ermənistanın humanitar sahədə qarşılıqlı fəaliyyətin təşkil olunması perspektivlərində marağı vurğulanıb:

“Söhbət münaqişə zonasında stabilləşmə ilə bağlı addımlardan, xüsusilə də kənd təsərrüfatı işləri zamanı atılacaq addımlardan, ölkələrin ərazilərində əsirlikdə saxlanan şəxslərin yaxınlarının görüşə buraxılması imkanları və insanlar arasında təmasların qurulması, o cümlədən KİV nümayəndələri arasında qarşılıqlı səfərlərin təşkol olunması üzrə işə başlamağa hazırlıqdan gedir. Qreminger öz növbəsində ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dəstəyini davam etdirmək niyyətini təsdiq edib”.

Xatırladaq ki, S.Lavrovla T.Qreminger arasında görüş aprelin 24-də Moskvada keçirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər