20 May 2019 10:09
698
12 Punto 14 Punto 16 Punto 18 Punto

Etirazçılar bu gün səhər saatlarından Ermənistanın paytaxtı Yerevanda məhkəmə binalarını mühasirəyə alıblar, giriş və çıxışını bağlayıblar.

Mayın 19-da ölkənin baş naziri Nikol Paşinyan vətəndaşlara müraciət edərək bütün məhkəmə binalarının giriş və çıxışını bağlamağa çağırıb.

O, ədliyyə sahəsində də inqilab edəcəklərini vurğulayıb. Baş nazirin günorta saatlarında məhkəmə sistemi ilə bağlı çıxış edəcəyi gözlənilir.

Ermənistanın keçmiş prezidenti Robetr Koçaryan barəsində həbs qətimkan tədbirinin ləğvi barədə qərar qəbul etmiş Yerevanın Avan və Nor-Nork rayonlarındakı məhkəmələrin binası qarşısına toplaşanlar arasında səlahiyyət həddini aşdığı üçün səlahiyyətlərinin icrası dondurulmuş baş nazirin nəzarət xidmətinin başçısı David Sanasaryanın başçılıq etdiyi dəstə də var.

“Biz bura vətəndaş kimi etirazımızı bildirmək üçün toplaşmışıq. Biz bunu inqilabdan sonra dərhal etməliydik. Bu səhvi düzəltmək üçün şansımız var idi. Ancaq sistem ona verilən bu fürsətdən istifadə etmədi. Bizə sübut elədi ki, məhkəməyə təzyiq etmirik. Paşinyanın bəyanatını gözləyirik”,- D.Sanasaryan vurğulayıb.

Əməkdaşlar məhkəmə binalarına buraxmırlar. Şenqavit dairə Məhkəməsinin hakimi David Balayan binaya pəncərədən daxil olmaq istəsə də onu itələyərək, içəri girməsinə imkan verməyiblər.

Vəkil Ruben Melikyan “Facebook” səhifəsində yazıb ki, Yerevan rayonlarından birinin məhkəmə binasının pəncələrini sındırblar, hakimlərin binaya daxil olamasına imkan vermilər.

Yerevanda “Ədalətli məhkəmə adına!” şüarı altında aksiya keçirən vətəndaşlar Ermənistan Konstitusiya Məhkəməsinin binasını mühasirəyə alıblar.

Qeyd edək ki, mayın18-də Ermənistan keçimiş prezidenti Robert Koçaryan barəsində həbs qətimkan tədbiri ləğv edilib. O zaminə buraxılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər