“İngiltərənin “Arsenal” klubunun futbolçuları Bakıda məşqə erməni futbolçu Henrix Mxitaryanın adı yazılmış forma ilə çıxmaq istəyib. Lakin UEFA bu təxribatın qarşısını alıb”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.
Ekspert ingilis klubunun türk oyunçusu Məsud Özilə diqqət çəkib:
“Arsenal”ın türk futbolçusu Özil Bakıda Qarabağla bağlı lehimizə bəyanat versə, bu, möhtəşəm olardı.
Digər yandan, erməni futbolçu haqda dünya mətbuatında yazılanlar dünya ictimaiyyətinin diqqətini bir daha Qarabağ münaqişəsinə yönəltdi. Bu baxımdan, oyun vaxtı və oyundan sonra “Arsenal” fanatları tərəfindən təxribatın olacağına əminəm. Britaniyadakı erməni diasporunun bir qrup ingilisi Bakıya təxribat arxasınca göndərməsi istisna deyil”.
Qeyd edək ki, Avro Liqanın final mərhələsində keçiriləcək “Çelsi”-“Arsenal” qarşılaşması mayın 29-da Bakının “Olimpiya” stadionunda baş tutacaq.