31 May 2019 21:13
641
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan müxalifəti siyasi ambisiyalarını hakimiyyətlə bağlı məsələlərdə ortaya qoysun, amma dövlətin, xalqın imici ilə bağlı məsələlərdə bu cür davranış onlara uğur gətirməz. Londonda Mxitaryan futboldan istifadə edərək Azərbaycana qarşı aksiya keçirir, Bakıda da Azərbaycan müxalifəti. Bu nə təfəkkürdür, kim üçün işləyirlər? Bu cür çoxlu suallar yaranır. Ayıb məsələ və ziyanlı mövqedir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Azərbaycan Mətbuat Şurası sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli
Onun sözlərinə görə, bu mövqenin ziyanlı olmasını Azərbaycan xalqı görür və bu cür qüvvələri dəstəkləmir: “Azərbaycanda keçirilən qlobal tədbirlərə qarşı kampaniya aparılması ilk dəfə deyil. Xaricdə formalaşmış erməni şəbəkəsi var və onlar Azərbaycana uğur gətirəcək, müsbət imic qazandıracaq tədbirləri gözdən salmaq üçün hərəkət edirlər. Bu, həmişə olub, başadüşüləndir. Çünki düşmən ölkə və xalqdır, öz xislətinə uyğun hərəkət edirlər. Bu, bizi təəccübləndirmir, onsuzda düşməndən bundan artıq bir şey gözləmək olmaz.

Bizi təəccübləndirən başqa məqam var. Xaricdə yaşayan erməni futbolçusu öz karyerasını və təmsil etdiyini komandasını zərbə altına atır, Azərbaycana ziyan vurmaq üçün Bakıya gəlməkdən, bu cür əhəmiyyətli oyuna qatılmaqdan imtina edir. Öz millətinə, qərəzli ideologiyasına görə Azərbaycana qarşı zərrə qədər də olsa ziyan vura biləcək düşüncəsi ilə karyerasını bu qədər təhlükə altında qoyur. Buna rəğmən bizimkilər, xüsusən Azərbaycan müxalifəti nə edir? Bu, hakimiyyət deyil, dövlət məsələsidir, Azərbaycan xalqının, ölkəmizin maraqlarından, dövlətimizin dünyaya təqdimatından söhbət gedir”.

Qeyd edək ki, mayın 29-da UEFA Avropa Liqasının final oyunu keçirilib, oyun öncəsi anti-Azərbaycan kampaniyasına cəhdlər olsa da, uğursuzluqla nəticələnib.


Müəllif: Nərgiz

Oxşar xəbərlər