1 İyun 2019 11:54
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər etdilər. Prezident İlham Əliyev onları qəbul etdi və Azərbaycanın münaqişə ilə bağlı mövqeyi onlara bir daha izah olundu".

Bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

"Həmsədrlər həmçinin "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi ilə də görüş keçirdilər, icmanın tələblərini, qayğılarını, öz torpaqlarına qayıtmaq kimi məsələlərlə bağlı narahatlıqlarını bir daha dinləmiş oldular", - Prezident Administrasiyasının şöbə müdiri vurğulayıb.

Qeyd edək ki, həmsədrlər mayın 27-də bölgəyə səfərə gəliblər və ilk olaraq Yerevanda olublar. Onlar mayın 27-də Yerevanda Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan, eyni zamanda müdafiə naziri David Tonoyanla görüşüblər. Həmsədrlər həmçinin mayın 29-da Azərbaycanın işğal altında olan Xankəndi şəhərində də olub, separatçı rejimin rəhbəri Bako Saakyanla görüşüblər.

Diplomatlar mayın 30-da Bakıya gəlib, bir sıra görüşlər keçiriblər. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi köməkçisi Anjey Kaspşik də iştirak etdiyi görüşlərdə cəbhə xəttindəki vəziyyət müzakirə edilib./Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər