4 İyun 2019 16:59
819
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 2-dən 4-dək ABŞ-ın paytaxtı Vaşinqton şəhərində aparıcı yəhudi təşkilatlarından olan Amerika Yəhudi Komitəsinin (American Jewish Committee) illik Qlobal Forumu keçirilib. ABŞ və İsrailin aparıcı dövlət xadimləri, dövlət və qeyri-hökumət təşkilatları, diplomatik nümayəndəliklərin qatıldığı forumda 2000-dən çox qonaq iştirak edib.

Bu barədə Teleqraf.com-a Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib.

Məlumata görə, tədbirə audio-müraciət ünvanlayan İsrailin Baş naziri Benyamin Netanyahu nitqində İsrailin Azərbaycanla münasibətlərinin xüsusi əhəmiyyətini vurğulayıb.

Forum çərçivəsində Amerika Yəhudi Komitəsinin sabiq prezidenti Con Şapironun şərəfinə qəbul keçirilib. Qəbulda komitənin baş icraçı direktoru Devid Harris, hazırkı prezidenti Herriet Şlayfer, ravvin Ancela Buxdal, senator Maykl Bennetlə yanaşı Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov da çıxış edərək C.Şapiro barədə xatirələrini bölüşüb. Əsrlər boyu yəhudilərə gözəl münasibət göstərilən Azərbaycanda heç zaman antisemitizmə rast gəlinmədiyini qeyd edib. O, Azərbaycana xüsusi rəğbəti ilə seçilən və bir neçə dəfə ölkəmizdə səfərdə olan C.Şapiroya ABŞ-Azərbaycan və Azərbaycan-İsrail münasibətlərinin inkişafında göstərdiyi xidmətlərə görə təşəkkür edib. Dostluq, əməkdaşlıq və tərəfdaşlıq üzərində qurulan Amerika Yəhudi Komitəsi ilə münasibətlərin C.Şapironun rəhbərlik etdiyi son 3 ildə daha da inkişaf etdiyi vurğulanıb.

Daha sonra Azərbaycan səfirliyində Qlobal Forumda iştirak edən bir sıra qonaqlara şam yeməyi təqdim edilib. Bu zaman Azərbaycan-İsrail münasibətləri, ölkəmizdə yaşayan yəhudilərə dair səmimi müzakirələr aparılıb.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər