25 İyun 2019 10:36
1 240
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarının ABŞ-da keçirilməsindən razı qaldıq".

Bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Örl Litsenberqer deyib.

Onun sözlərinə görə, görüşün məqsədi sülh danışıqları yolu ilə nizamlama üzrə danışıqların davam etdirilməsinin dəstəklənməsi olub: "Nazirlərin Dağlıq Qarabağla bağlı yeni görüş keçirilməsi barədə razılığa gəlməsi bizi sevindirir".

Qeyd edək ki, Azərbaycan və Ermənistan XİN başçılarının son görüşü iyunun 20-də Vaşinqtonda keçirilib./Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər