Robert Köçəryanın həbsi Ermənistan-Rusiya münasibətlərinə neqativ təsir göstərəcək.
Axar.az xəbər verir ki, bunu “1in.am” saytına müsahibəsində rusiyalı erməniyönlü politoloq Stanislav Tarasov deyib.
“Paşinyanın siyasəti problematikdir. Gələcəyə baxmaq yerinə, nədənsə, inqilabi hökumət daima geriyə baxır. Köçəryanı həbsə salmaqla Ermənistanın vəziyyəti yaxşılaşmayacaq. Vəziyyəti nəzərə almaq lazımdır. Bəlkə gələcəkdə digər hakimiyyətlər də Paşinyana oxşar ittihamlar səsləndirəcəklər? Bu, çox pis presedentdir”, – deyə o bildirib.