10 İyul 2019 18:50
1 417
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Rusiya raketlərinə görə Türkiyəyə təzyiqi artır. Ona görə də Ankarada bu təzyiqin yumşaldılması mexanimizini fikirləşirlər. Bu mexanizmlərdən biri də Rusiya raketlərinin müvəqqəti olaraq Azərbaycanda və ya Qətərdə yerləşdirilməsi ola bilər. Azərbaycan Qətərdən daha münasib variantdır. Çünki Qətərdə ABŞ-ın hərbi bazası var və Vaşinqton hərbi bazasının yaxınlığında Rusiya raketlərinin olmasını istəməz.

Teleqraf.com xəbər verir ki, bunu Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib.

Elxan Şahinoğlu bunun Azərbaycanın təhlükəsizliyi baxımından yararlı ola biləcəyini, qardaş ölkənin super güc dövlətlərlə münasibətlərinin yoluna qoyulacağına da müsbət təsir edəcəyini qeyd edib.

E.Şahinoğlu həmçinin S-400-lərinAzərbaycanda yerləşdirilməsinin Emənistana qarşı təzyiq vasitəsi ola biləcəyini də vurğulayıb: “Əslində S-400 raketlərinin Azərbaycanda yerləşdirilməsi ideyası Azərbaycanın təhlükəsizlik maraqlarına cavab verir. Birincisi, bununla həm Türkiyənin Azərbaycanda hərbi bazası rəsmiləşəcək və buna Rusiya etiraz etməyəcək. Çünki həmin hərbi baza məhz Rusiyanın raketlərinə qulluq etmək üçün yaradılacaq. İkincisi, S-400 raketlərinin Azərbaycanda yerləşdirilməsi işğalçı Ermənistana təzyiq vasitəsi olacaq”.

İmamət İsmayılova


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər