18 İyul 2019 16:17
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər bəzi xəbər portallarında İranla Ermənistan arasında hərbi-texniki əməkdaşlığa dair yayılmış xəbərlər əsassızdır.

Teleqraf.com xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyinin mətbuat katibi Seyid Əli Musəvi məlumat yayıb.

Onun sözlərinə görə, səfirlik bu kimi xəbərləri təkzib edir: “İran İslam Respublikası hər zaman Dağlıq Qarabağ münaqişəsinin dinc yolla və Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır. Eyni halda regional sülh və sabitliyə xələl yetirə biləcək hər hansı bir addımı pisləyir”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər