İran İslam Respublikasının Yol və Şəhərsalma nazirinin müavini və Dəmir Yolları şirkətinin direktoru Səid Rəsuli “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin direktoru və Azərbaycan Respublikasının digər rəsmi şəxsləri ilə müzakirələr aparmaq üçün dünən Bakıya gəlib.
Teleqraf.com xəbər verir ki, səfər çərçivəsində tərəflər Astara gömrük məntəqəsində vahid pəncərə sisteminin təkmilləşdirilməsi, dəmir yolları sahəsində əməkdaşlıqlar, xüsusilə Rəşt – Astara dəmir yolunda son durum haqqında fikir mübadiləsi aparılacaq.
Həmçinin Səid Rəsulinin “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin direktoru Cavid Qurbanovdan başqa, Azərbaycan Respublikasının digər rəsmi şəxsləri ilə, o cümlədən İqtisadiyyat naziri ilə görüşü də nəzərdə tutulub.