3 Sentyabr 2019 22:41
974
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müharibə edən ölkə deyərmi ki, mən müharibə edirəm, tədricən qoşunlarımı körfəzə gətirirəm? Tarixi təcrübə deyir ki, bütün müharibələrdə əsas taktika qəfil hərəkətə keçmək olub.

Bu sözləri ABŞ-İran münasibətlərini və son zamanlar tərəflərin bir-birinə qarşı liberal fikirlər səsləndirməsini şərh edən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Teleqraf.com-a deyib.

Partiya sədri əlavə edib ki, əgər bir ölkə qabaqcadan başqa bir ölkəni vura biləcəyini elan edirsə, deməli bunu etməyəcək: “Əslində İran ABŞ-ın strateji siyasətində önəmli yer tutur. İranın zəifləyərək sıradan çıxması Vaşinqtonun strateji maraqlarına ziddir. Əgər belədisə, ABŞ öz maraqlarına zidd hərəkət edərmi? Deməli bizim müşahidə etdiklərimiz sqadəcə olaraq bir oyundur. Yeni dünya düzəninin yaranması istiqanmətində addımlardır, bəziləri isə caydırıcı hərəkətlərdir. Əslinə baxsanız İranın apardığı siyasət müsəlman dünyasında parçalanmada əsas rol oynayır. Bu da ABŞ-ın əlinə işləyir. Müsəlmanların bir araya gəlməməsinin əsas amillərindən biri də İranın radikal şiəliyi qabartmasıdır. Digər tərəfdən bu rolu Səudiyyə Ərəbistanı oynayır. Məhz bu iki ölkə islam dünyasının bir araya gəlməsinə imkan vermir. Odur ki, ABŞ İranın nə zəifləməsində, nə də sıradan çıxmasında maraqlı ola bilər”.

Sərdar Cəlaloğlunun fikrincə, indi İrana qarşı ABŞ-ın təzyiqlərinin əsas səbəbi Çin və Hindistanla bağlıdır. Onun sözlərinə görə, İran neftini əsasən Çin və Hindistana satır: “Bu məqsədlə hətta Əfqanıstan və Pakistandan neft kəmərlərinin çəkilməsi planları var. Bu da, Çin və Hindistanın güclənməsi ilə paralel ABŞ-ın strateji maraqlarına ziddir. Əslində bu gərginlikdə yeganə məqsəd İranın neft resurslarını Pekin və Dehliyə satmasının qarşısını almaqdır. Eləcədə ABŞ-ın düşmənləri ilə İranın yaxından əməkdaşlıq etməsinin qarşısını almaqdır. Məsələn, Rusiya ilə İran münasibətləri körfəzə görə korlandı. Rusiya bəyan etdi ki, İranı dəstəkləməyəcək. İranda bildirdi ki, bizi ortaya salmısınız və özünüz də qıraqda durmusunuz. İndi İran və Rusiya münasibətləri kifayət qədər zəifləyib. Çox güman ki, İran Çin və Hindistana neft satışında əvvəlki aktivliyini zəiflədəcək”.

ADP sədri qeyd edib ki, müasir dövrə müharibənin olması inandırıcı deyil: “Çünki dünyada o qədər kütləvi qırğın silahları, kimyəvi və bioloji silahlar istehsal olunub ki, müharibələr dünya taleyində ciddi rol oynaya bilər. Odur ki, müharibə olmayacaq. Təzyiqlərə dözməyənlər şərtlərə razı olacaq, dözməyənlərlə də razılaşacaqlar və həmin ölkələr də əvvəlki sərbəst siyasətini davam etdirəcək. Həm də ABŞ qarşısına mütləq şəkildə İranı dağıtmaq məqsədi qoymayıb. Belə bir istək yoxdur”.


Müəllif: Cavad

Oxşar xəbərlər