6 Sentyabr 2019 16:12
2 144
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putinin G7-yə alternativ birliyin yaradılması təklifinə Türkiyə tərəfindən reaksiya verilib.

Teleqraf.com xəbər verir ki, Rəcəb Tayyib Ərdoğanın müşaviri Fuad Oqtay Türkiyənin məsələyə şərq-qərb və ya fərqli bir blok mərhələsindən baxmadığını deyib.

Onun sözlərinə görə, Türkiyə öz maraqlarını nəzərə alır: “Türkiyə heç bir ölkənin gözətçisi deyil. Onların immiqrasiya anbarı deyil. Yaratdıqları böhranların hesabını ödəyəcək ölkə heç deyil”.

Xatırladaq ki, Putin G7-yə alternativ olan birliyə Türkiyə, Hindistan və Çinin də daxil olacağı anonsu ilə çıxış etmişdi.


Müəllif: Nərgiz

Oxşar xəbərlər