26 Sentyabr 2019 16:23
1 034
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanın Azərbaycana qarşı müxtəlif təxribatlara əl atması yeni məsələ deyil və bu, kimisə təəccübləndirə bilməz. Bu baxımdan Ermənistanın İsrail-Azərbaycan münasibətlərinə duyduğu qısqanclıq artıq sərhədləri aşır”.

Bunu Teleqraf.com-a politoloq Ramiyə Məmmədova deyib.

Ekspertin sözlərinə görə, həmişə İsrail-Azərbaycan münasibətlərini korlamağa çalışan Ermənistan yeni təxribata əl atıb:

“İsrail istehsalı olan Pilotsuz Uçan Aparatın (PUA) Qarabağ səmasında vurulmasına dair yayılan məlumat Ermənistanın xəstə təxəyyülünün məhsulundan başqa bir şey deyil. Məlumdur ki, İrəvan Azərbaycan və İsrail arasındakı münasibətləri və strateji əməkdaşlığı həzm edə bilmir.

Ermənistan İsraildə səfirlik açmaq qərarı versə də, anlamalıdır ki, dövlətlərarası dostluq təkcə diplomayaya deyil, həm də insani faktorlara əsaslanır. Bu gün yəhudilər dünyada rahat yaşamaq və tolerant münasibət görmək baxımından Azərbaycanı ən rahat ölkə hesab edir. Əlbəttə, ermənilərdən başqa heç bir millətin yaşamadığı Ermənistan rəhbərliyi bunu çətin başa düşər. Yəhudilər isə Azərbaycanı həmişə öz vətənləri kimi qoruyub, bu gün də qoruyur, buna görə də Ermənistanın İsrail-Azərbaycan münasibətlərini pozmaq üçün əl atdığı təxribatlar nəticə verməyəcək”.

Ramiyə Məmmədov qeyd edib ki, ermənilərin yaydığı dezinformasiyalar Azərbaycan-İsrail münasibətlərini yox, onların özlərinin yəhudilərin nəzərində alçalmasına gətirib çıxaracaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər