11 Oktyabr 2019 22:13
528
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan prezidentinin MDB dövlət başçılarının Aşqabad sammitində erməni əsilli faşist canisi Hitlerə satılmış Qaregin Nijdeyə İrəvanda illər öncə qoyulmuş heykəlin hələ sökülməməsi məsələsini qaldırması tam yerinə düşdü".

Bu fikirlər siyasi ekspert, "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyevə məxsusdur.

A.Quliyevin sözlərinə görə, əvvəla Prezident Hitler faşizmi üzərində Azərbaycan xalqının da payının olduğu qələbənin 75 illiyinin yaxınlaşdığı ərafədə Nijdeyə qoyulmuş heykəl məsələsini gündəmə gətirdi: "İkinci, hitlerçi faşistlərin qəhrəmanlaşdırılmasının hərbi cinayət olması tək BMT sənədlərində yox, MDB-nin qurucusu və əsas qoruyucusu olan Rusiyanın özünün də normativ sənədlərində rəsmiləşdirilib. Üçüncü, bütün MDB üzvü olan 10 dövlətin ardıcıl antifaşist mövqeyi sərgilədiyi bir vaxtda Ermənistanın həyasız faşistpərəstliyi heç cür başa düşülə və qəbul oluna bilməz. İlham Əliyev 10 dövlətin başçısının eyni fikirdə olduğu məsələni aktuallaşdırmaqla əslində Ermənistanı diplomatik-siyasi üsulla təklədi və mövqe izolyasiyasına saldı.
Valdayda baş verənlərdən sonra bu hadisə Azərbaycanın təcavüzkar Ermənistana diplomatik həmlələrinin dönməz şəkil aldığını əsaslandlran tutarlı fakta çevrilir. Erməni cəmiyyətinin özü də bunu artıq belə qəbul etdiyini biruzə verməyə başlayıb.Görün Ilham Əliyevin aşkar effektli diplomatik həmləsinə qarşı hansı arqumenti çıxarırlar?! Yazırlar ki, guya Əliyevin arqumentləri tükəndiyi üçün Aşqabadda Paşinyanla görüşün baş tutmamasını istəyirdi və emosiyaları gərginləşdirən bu gedişlə görüşün baş tutmamasına nail oldu. Ermənistanın dinc danışıqları yeganə pozan tərəf olduğuna demək olar ki ,bütün dünyanın əmin olmağa başladığı indiki dövrdə İlham Əliyevin arqumentsiz qaldığını iddia etmək gülüncdür. Heç şübhə yoxdur ki, diplomatik-siyasi beynəlxalq dairələr bu böyük həqiqəti dəqikliklə anlayır".

A.Quliyevə görə, dünya bilir ki,Aşqabad zirvəsində Əliyev-Paşinyan görüşü barədə öncədən heç bir anons verilməmişdi: "Bu halda Əliyevin görüşü guya pozmaq üçün hansısa faktın axtarışında olması barədə iddia həqiqətən gülməlidir.
Həm də böyüklü-kiçikli ermənilərin hamısı söz oynadır, Əliyev isə real iş görərək faşistin heykəlini onların öz başlarına çevirdi".


Müəllif: Teleqraf.com