12 Oktyabr 13:03

“Azərbaycan prezidentinin MDB dövlət başçılarının Aşqabadda keçirilən görüşündə çıxışı həqiqəti ifadə edir. Gerçəkdən Qaragen Njde nəinki faşist Almaniyasına qarşı olan minlərlə insanı qətlə yetirib, eyni zamanda belə qəddar aktların təşkilatçılarından biri olub”.

Bu fikirləri Teleqraf.com-a Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı Prezident İlham Əliyevin Aşğabadda keçirilən MDB dövlət başçılarının zirvə görüşündə çıxışı zamanı Ermənistanda faşistlərin qəhrəmanlaşdırılmasına kəskin etiraz etməsi və bununla da Nikol Paşinyanı pis vəziyyətə salması faktını şərh edərkən deyib.

Deputatın sözlərinə görə, bu, həmin Njdedir ki, 1918-ci ildə Andraniklə birlikdə Zəngəzuru, türk kəndlərini yerlə yekan edib, minlərlə insanı qətlə yetirib: “Eləcə də uşaq, qadın və qoçaları məscidə yığaraq məhv edib. Njde davranışı, addımları, xarakteri ilə Hitler faşizminin ideologiyasını özündə daşıyan, mahiyyət etibarı ilə Hitlerdən geri qalmayan qaniçəndir.

Bu mənada hesab edirəm ki, ölkə Prezidenti İlham Əliyev Aşqabadda çıxışında hər zaman olduğu kimi konkret fakt və arqumentlərə söykənərək bu məsələdə Nikol Paşinyana ikinci ciddi və ağır zərbə endirdi.

Paşinyanın təkzib xarakterli fikirləri əslində heç bir fakt və arqumentə söykənmirdi və bu baxımdan Azərbaycan liderini ittiham etməyə çalışsa da, ikinci ağır zərbəni almalı oldu.

Prezident Əliyev belarus həmkarından icazə alaraq Paşinyana ciddi cavab verdi, tövsiyə etdi ki, bu ləkəni erməni xalqının üzərindən götürsün. Hesab edirəm ki, prezidentin bu gedişi erməni düşüncəsinə qarşı ikinci böyük zərbədir və bunun davamı gələcək. Şübhə yoxdur ki, bundan sonra ölkə prezidentinin daha güclü və arqumentli hücumlarının şahidi olacağıq. Çünki ölkə prezidenti Paşinyana şans verdi ki, özündən əvvəlki kriminal rejimin siyasətinin əksinə olaraq öz cəmiyyətini sülhə hazırlasın, işğal edilən Azərbaycan torpaqlarının azad edilməsi üçün addımlarını atsın.

Bu, həm də erməni xalqı üçün vacibdir. Amma Paşinyan bunu etmədi, özündən əvvəlki xunta rejiminin ənənələrini davam etdirdi. Bəlli oldu ki, ermənilər kimliyindən asılı olmayaraq eyni xislətin, düşüncənin daşıyıcılarıdır.

Bu düşüncənin də mayasında faşizm, qeyri-insani keyfiyyətlər, riyakarlıq və cinayətkarlıq dayanır. Əlbəttə, Azərbaycan prezidentinin kəskin ifadələri erməni düşüncəsinin qarşı duran ciddi dayaqdır. Çünki bu ifadələr konkret faktlara və dəlillərə söykənir.

Prezident faktiki olaraq Ermənistanın faşizst mahiyyətini ortaya çıxardı. Və bunu bir neçə dövlət başçısının gözünün önündə asanlıqla etdi. İnanıram ki, son sözü bizim qəhrəman ordumuz deyəcək”.


Müəllif: Teleqraf.com