16 Oktyabr 2019 14:22
877
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın sanksiyalar siyahısına daxil edilən Ədalət və İnkişaf Partiyasının sədr müavini Süleyman Soylu “qara siyahı” ilə bağlı ilk dəfə danışıb.

Teleqraf.com xəbər verir ki, Süleyman Soylu ABŞ-ın qərarına bir cümləlik şərh verib.

“Məlumat üçün bildirim ki, ilk sanksiyadan bəri hər hansı mülkiyyət dəyişikliyi olmayıb”, - deyə AKP rəsmisi qeyd edib.

Xatırladaq ki, bundan əvvəl tətbiq olunan sanskiya zamanı Soylu ABŞ-da hər hansı mülkü olmadığını açıqlamışdı.

Qeyd edək ki, Suriyadakı vəziyyətlə əlaqədar ABŞ Türkiyənin Müdafiə naziri Hulusi Akar, Türkiyənin Enerji və Təbii qaynaqlar naziri Fatih Donmez və Ədalət və İnkişaf Partiyasının sədr müavini Süleyman Soylunu “qara siyahı”ya salıb.

Bu nazirlik və nazirlərin ABŞ-dakı bank hesabları dondurulacaq, eləcə də Amerika vətəndaşlarına bu qurum və şəxslərlə əməkdaşlıq etmək qadağan ediləcək. ABŞ Maliyyə Nazirliyi həmçinin siyahıdakı şəxslərlə müəyyən əməliyyatlar aparan insanlara da sanksiya tətbiq oluna biləcəyi barədə xəbərdarlıq edib.


Müəllif: Nərgiz