3 Noyabr 2019 01:39
2 259
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli siyasətçi, keçmiş millət vəkili Sinan Oğan millət vəkili Araz Əlizadənin İctimai Televiziyada yayımlanan 3D verilişində qonaq olarkən türklərlə bağlı səsləndirdiyi fikirlərə cavab verib.

Axar.az xəbər verir ki, S.Oğan bu barədə Tvitter səhifəsində yazıb.

O, “Əbülfəz Elçibəy: ”Türk deyiləm” deyənə qarşı əsla israr etməyin. Allahın bəxş etdiyi şərəfi istəməyən şərəfsizə biz zorla şərəf verməyəcəyik”, - qeydini yazıb.

Qeyd edək ki, Türkiyə türkləri ASDP sədri, millət vəkili Araz Əlizadənin İctimai Televiziyada yayımlanan 3D verilişində Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın Azərbaycanda pul müqabilində döyüşməsi və azərbaycanlılarla türklərin heç bir qan bağlılığının olmaması (azərbaycanlıların türk olmaması) barədə fikirlərinə sosial mediada ciddi etiraz edib.


Müəllif: Teleqraf.com