7 Noyabr 2019 15:43
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son gedişat məni qəzəbləndirdi. Ona görə də dərhal heç nə yazmadım. Azər Qasımlının xətrini çox istəyirəm, dostumdur. Odur ki, o, mənim üçün hər zaman əziz olacaq. Məni şəxsiyyətlər düşündürmür, mən problemlərin sistem köklərini düşünməyə üstünlük verirəm, öz əlimizlə ReAl-da sistem problemini yaratdıq.

Teleqraf.com xəbər verir ki, bu sözləri ReAL partiyasının Ali Məclisinin üzvü Azər Qasımlının siyasi təşkilatdan gedişini şərh edərkən, “ReAl”ın Məclis üzvü Erkin Qədirli bildirib.

O, Azər Qasımlının seçimi ilə razılaşmadığını qeyd edib: “Azər seçimini etdi, onunla yumşaq desəm, razı deyiləm, amma seçiminə hörmətlə yanaşıram. Azərin getməyindən faydalanmağa çalışanları da qınamıram”.

O, sosial mediada ReAl-da sistem problemi və ondan çıxış yolu haqqında yazı paylaşacağını vurğulayıb.

Qeyd edək ki, ReAl partiyası Məclisinin başqanı Azər Qasımlı dünən istefa verib.


Müəllif: Leyla

Oxşar xəbərlər