25 Noyabr 2019 12:07
666
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb.

Teleqraf.com-un məlumatına görə, Oqtay Əsədovun sədrlik etdiyi iclasın gündəliyinə 19 məsələ daxildir.

Bunlar "2020-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi (II oxunuş), "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında" qanun layihəsi (II oxunuş), “İşsizlikdən sığorta fondunun 2020-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi (II oxunuş), "2020-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsi (II oxunuş), "2020-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanunun layihəsi (II oxunuş), "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi (II oxunuş), "Məşğulluq haqqında" qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi (II oxunuş), “Sosial müavinətlər haqqında" qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi (II oxunuş), Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsi (II oxunuş), "Məhkəmələr və hakimlər haqqında" qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi (II oxunuş), "Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında" qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi (II oxunuş), Mülki Prosessual Məcəlləyə dəyişiklik edilməsi haqqında qanun layihəsi (II oxunuş), Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsi (II oxunuş), İnzibati Prosessual Məcəlləyə dəyişiklik edilməsi haqqında qanun layihəsi (II oxunuş), İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsi (II oxunuş), "İnzibati icraat haqqında" qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi (II oxunuş), "Məhkəmə-Hüquq Şurası haqqında" qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi (II oxunuş), "Lisenziyalar və icazələr haqqında" qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi (II oxunuş) və "Tibbi sığorta haqqında" qanuna dəyişiklik edilməsi barədə qanun layihəsidir (I oxunuş).


Müəllif: Cavad

Oxşar xəbərlər