25 Noyabr 2019 12:21
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusdilli məktəblərdə dərsliklərin keyfiyyəti heç kimi qane etmir”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında çıxış edən deputat Elmirə Axundova deyib.

O bildirib ki, bu dərsliklər yenidən işlənməlidir:

“O kitablarla uşaqları təhsilə cəlb etmək əvəzinə, onları tədris prosesindən uzalaşdırırlar”.

Deputat ibtidai siniflərin dərs yükündən də şikayət edib:

“Müəllimlər öz məhsuliyyətlərini valideyinlərin üzərinə yükləyirlər. Aşağı sinif şagirdləri evə gəlir və axşama qədər ev tapşırığı ilə məşğul olurlar. Bu da uşaqlarda məktəbə qarşı nifrət yaradır. Elə bil uşaqlardan robot hazırlayırlar. Hesab edirəm ki, ibtidai sinif şagirdlərini ev tapşırıqlarından azad etmək lazımdır, ya da çox cüzi tapşırıq verilməlidir”.


Müəllif: Cavad