14 Dekabr 2019 20:23
1 181
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Yüksək İstişarə Kurulun üzvü Bülənt Arınç Əhməd Davudoğlunun liderliyi ilə Gələcək Partiyasının qurulmasına münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Bülənt Arınç bu barədə mediadan xəbər tutduğunu deyib.

O, daha sonra əlavə edib:

"Çıxışlarını da qismən dinlədim. Partiyanın qurucusu keçmiş baş nazirimizdir. Birlikdə çalışdıq. Ancaq mən AKP-nin gövdəsi içindən başqa partiyaların çıxmasını və AKP-yə rəqim olmasını uyğun görmədiyimi ifadə etdim. Hələ də bü düşüncədəyəm. Bu düşüncəmi ifadə etdikdən sonra qurulan partiya haqqında hər hansı bir bəyanat verməyəcəyəm"

Arınç, Əli Babacanın da partiya quracağı haqda suala cavabında isə deyib: "Anlaşılır ki, bir başqa partiya da qurulacaq. Türk siyasəti öz mzcrasında belə bir çalışmanı görəcək. Mən AKP-nin güçlənməsini, AKP iqtidarının davam etməsini, Cümhurbaşqanımızın Cümhurbaşqanlığı statusunun qorunmasını istəyən bir insanım. Bu istiqamətdə çalışmalarıma davam edəcəyəm".


Müəllif: Nahid