17 Yanvar 2020 11:27
1 112
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı hakimiyyəti Amerika qoşunlarının və hərbi texnikanın bu ölkəyə köçürülməsi və yerləşdirilməsi xərcləri üçün ABŞ-a təxminən 500 milyon dollar ödəyib.

Teleqraf.com xəbər verir ki, bu barədə “CNN”-ə ABŞ Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Rebekka Rebarix məlumat verib.

Rebarix bu barədə ABŞ və Səudiyyə Ərəbistanı arasında qarşılıqlı anlaşmanın olduğunu bildirib.

Onun sözlərinə görə, 2019-cu ilin dekabr ayında ödənilən ilk hissənin həcmi təxminən 500 milyon dollar təşkil edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər