Ukraynanın Baş naziri Aleksey Qonçaruk istefa ərizəsi yazdığını, onu Ali Radaya göndərməsi üçün prezident Vladimir Zelenskiyə təqdim etdiyini bəyan edib.
Teleqraf.com xəbər verir ki, bu barədə o özünün “Feysbuk” səhifəsində bildirib.
“Mən bu vəzifəyə prezidentin proqramını yerinə yetirmək üçün gəlmişdim. O məndən şəffaflıq və ləyaqətlilik nümunəsi olmağımı istəmişdi. Ancaq prezidentə olan hörmətimizi və inamımızı şübhə altına almamaq üçün istefa məktubu yazdım və onu parlamentə təqdim etmək hüququ ilə prezidentə təhvil verdim”, – deyə o bildirib.