17 Yanvar 2020 13:07
1 020
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukraynanın 34 yaşlı gənc baş naziri Aleksey Qonçaruk istefa verdi. İstefaya səbəb gizli səs yazısının bir neçə internet saytında yayılması oldu. Həmin səs yazısında Qonçaruka oxşar səs nazirlərə deyir ki, Prezident Vladimir Zelenskinin “iqtisadiyyatdan başı çıxmır və iqtisadi mövzularda başı dumanlıdır”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert qeyd edib ki, Qonçaruk və onun tərəfdarları səsin saxtalaşdırıldığını iddia edirlər:

“Buna baxmayaraq, Aleksey Qonçaruk doğru olanı etdi, səs onun olmasa da, prezidentə münasibətdə şübhə yeri qalmasın deyə o istefaya üstünlük verdi. Bəs gizli səs yazısını kim yazaraq saytlara servis edə bilərdi?

Baş nazirin səs yazısını yazmaq üçün xüsusi avadandlıq lazımdır. Rusiyada bəlli mərkəzlər Ukraynanın güclənməsini və iqtisadi problemlərinin həllini istəmirlər. Böyük ehtimalla Ukrayna baş nazirinin telefonla gizli səs yazılarını Rusiya kəşfiyyatı əldə edərək ukraynalı oliqarx İqor Kolomoyskinin saytları vasitəsilə Ukrayna ictimaiyyətinə servis ediblər. Bəs Kolomoyski bu işə niyə qarışa bilərdi?”

Elxan Şahinoğlu hesab edir ki, Kolomoyski hələ keçmiş prezident Pyotr Poroşenkonun onun bankı olan “Privatbankını” milliləşdirməsini hakimiyyətə bağışlaya bilmir:

“Kolomoyski həmin bankdan hakimiyyyətə qarşı təyziq vasitəsi kimi istifadə edirdi. Hakimiyyət dəyişdikdə Kolomoyski düşünürdü ki, bankını geri ala biləcək, hətta bu məqsədlə məcburi mühacirətdən geri qayıtdı. Ancaq prezident Vladimir Zelenski və baş nazir Aleksey Qonçaruk milliləşdirilən bankı Kolomoyskiyə qaytarmadılar. Kolomoyski öz saytları vasitəsilə səs yazısını yaymaqla istefa verən baş nazirdən intiqamını almış oldu. Görünür, Kolomoyskinin növbəti hədfə prezident Vladimir Zelenskidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər