17 Yanvar 2020 17:01
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Cənubi Koreyadakı səfiri Harri Harrisin bığı ölkə rəsmilərini narahat edib.

Teleqraf.com xəbər verir ki, koreyalılar yapon kökənli Harrisinin bığının Yaponiyanın müstəmləkə dönəmini xatırlatdığını, buna görə özlərini aşağılanmış hiss etdiklərini bildirib.

Diplomat isə milli kökəninə görə həqarətə uğradığını deyərək, həyatındakı yeni dönəmi simvolizə etməsi üçün bığ buraxdığını deyib: “Hərbçi həyatımla diplomatik fəaliyyətim arasında fasilə vermək istədim. Daha ucaboylu olmağa çalışdım, amma ola bilmədim, daha gənc olmaq istədim, bunu da bacarmadım. Amma bığ buraxa bilərdim, belə də etdim”.

Harris koreyalıları bığının Seul və Vaşinqton arasında niyə gərginlik yaratmasının səbəblərini izah etməyə çağırıb: “Mən kiməmsə, oyam. Deyə bilərəm ki, verdiyim bütün qərarlar ABŞ-ın Cənubi Koreya səfiri olmağıma əsaslanır, Yaponiyanın Koreya səfiri olduğuna yox”.

Koreya mediası Harri Harrisin bığını “ABŞ-dan Cənubi Koreyaya sayğısızlıq” kimi qələmə verib. Məlumatda qeyd edilib ki, Harris hazırda özünü səfirdən çox Amerikanın qubernatoru kimi aparır.

ABŞ Donanmasının keçmiş zabiti olan 63 yaşlı Harri Harros Yaponiyada doğulub. Anası yapon, atası amerikalı olan Harris ABŞ-ın Sakit okean hövzəsindəki hərbi qüvvələrinə komandanlıq edən ilk Asiya kökənli amerikalı olub. O, eyni zamanda ABŞ ordusunda yüksək rütbə və vəzifəsi olan yapon kökənli şəxs sayılır.

Yaponiya 1910-cu ildə Cənubi Koreyanı ilhaq etmiş, bu müstəmləkə 1945-ci ilədək davam etmişdi. Bu, Seul üçün hələ də ikitərəfli münasibətlərə kölgə salan faktor hesab olunur.


Müəllif: Mənsur Rəğbətoğlu