20 Yanvar 2020 16:42
1 446
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran və Güney Azərbaycanda son vaxtlar güney azərbaycanlı milli-mədəni fəallara qarşı təzyiqlər artıb.

Milli-fəallardan Teleqraf.com-a verilən məlumata görə, hazırda ölkənin müxtəlif şəhərlərində yerləşən həbsxanalar və müvəqqəti saxlanma təcridxanalarında çox sayda azərbaycanlı fəal saxlanılır.

Onlardan 32 nəfərinin kimliyi müəyyən edilib. Fəalların hamısının ana dili və türk kimliyini müdafiə etdiyi üçün bir çox qondarma ittihamla üzləşdiyi bildirilib.

Kimliyi müəyyən edilmiş həbs olunan və ya saxlanılan fəalların siyahısı:

Abbas Lisani, Lətif Həsəni, Saleh Molla Abbasi, Rəhim Qulami, Siyamək Mirzayi, Əkbər Mühaciri, Məhəmməd Mahmudi, Əlirza Fərşi, Şahin Bərzgər, İbrahim Nuri, Mehdi Kuxiyan, Səhənd Məali, Cəfər Rüstəmi, Yusif Kari, Əyyub Şiri, Davud Şiri, Nasir Xülusi, Kiyanuş Aslani, Murtaza Şokri, Babək Hüseyni Müqəddəm, Tohid Əmir Əmini, Əmir Səttari, Höccət İmami, Yaşar Piri, Ruzbeh Piri, Kazim Səfabəxş, Yusif Rəzəvi, Məhərrəm Vəlipur, Cəlil Məhəmmədi Müqəddəm, Səccad Şəhiri, Həkimə Əhmədi və Mojqan Siyami.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər