23 Yanvar 2020 17:05
959
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilir.

Teleqraf.com xəbər verir ki, iclası MSK sədri Məzahir Pənahov açıb.

Əvvəlcə MSK-nın 15 yanvar tarixli iclas protokolu təsdiqlənib.

İclasda ilk olaraq fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərlə əlaqdar MSK-ya daxil olmuş müraciətə baxılıb.

Məsələ barədə məlumat verən MSK katibi Arifə Muxtarova bildirib ki, namizədliyi öz təşəbbüsü ilə 98 saylı Şəmkir şəhər seçki dairəsindən irəli sürülmüş Əliyev Vüqar Sabir oğlu DSK-nın onun namizədliyini qeydə almaqdan imtina etməsinə dair 13 yanvar tarixli qərarından MSK-ya şikayət edib:

“Daxil olmuş müraciət icraata qəbul olunub. Ərizəçi müraciətində qeyd edib ki, 98 saylı Şəmkir şəhər seçki dairəsində imza toplayaraq, DSK-ya təqdim edib. Ancaq DSK 2 ədəd imza vərəqində olan 100 imzanın mənzil istismar sahəsində məsul vəzifədə çalışan şəxs tərəfindən toplanıldığını bildirib. Buna görə də həmin imzalar etibarsız hesab edilib. Həmçinin, ona məxsus olan daşınmaz əmlak barədə DSK-ya məlumat verilməyib. Ərizəçi qeyd edib ki, əmlakın ona aid olmasından xəbəri olmayıb”.

A.Muxtarova bildirib ki, müvafiq sənədlər MSK nəzdində fəaliyyət göstərən İşçi qrupunda araşdırılıb:
“Onun 1 hektar 70 sot torpaq sahəsinə sahib olduğu aşkar olunub. Namizəd Əliyevin ona məxsus əmlak barədə məlumat verməməsi onun qeydə alınmaması üçün əsasdır. DSK-nın 13 yanvar tarixli qərarı dəyişdiirlmədən saxlanılmalıdır”.

A.Muxtarova DSK-nın qərarının imzaların etibarsız hesab olunması barədə olan hissəsinin ləğv edilməsini, digər hissədə isə dəyişdirilmədən saxlanılmasını təklif edib.

İclasda iştirak edən şikayətçi Əliyev Vüqar Namizəd oğlu ehtiyatda olan zabit, Qarabağ müharibəsi veteranı olduğunu bildirib. O, sözügedən dairənin fəaliyyətindən şikayətçi olduğunu deyib:

“Mən zabit kadram. 1997-ci ildə ehtiyata buraxılmışam, belə bir torpaq sahəsinin olmasından xəbərsiz olmuşam. Həmin torpağın harada olduğunu araşdıracağıq”.

MSK sədri Məzahir Pənahov şikayətçiyə kömək etmək istədiklərini bildirib:

“Siz Azərbaycan torpaqları uğrunda vuruşmusunuz. Biz istərdik ki, sizə kömək edək. Ancaq əmlakla bağlı məsələdə biz kömək edə bilmirik. İndiyədək bir çox şəxslər eyni halla üzləşiblər, onlara da kömək etmək mümkün olmayıb”.

Müzakirədən sonra MSK DSK-nın qərarını qüvvədə saxlayıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər