23 Yanvar 2020 17:55
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parlament seçkilərində namizədliyi qeydə alınanların sayı 1447 nəfərdir.

Teleqraf.com xəbər verir ki, bunu MSK-nın iclasında qurumun sədri Məzahir Pənahov bildirib.

O qeyd edib ki, artıq 262 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib:

“Yerli müşahidəçilərin sayı 42 257 nəfərdir. Onlardan 1302-i MSK-da qeydə alınıb. 362 nəfər 4 QHT-ni təmsil edir. DSK-larda qeydə alınanların sayı 40 955 nəfərdir. Onlardan 13 380 nəfər öz təşəbbüsü ilə qeydiyyatdan keçib. Seçki Məcəlləsinin tələbinə əsasən hər bir namizədin hər bir məntəqəyə bir müşahidəçi təyin etmək hüququ var”.


Müəllif: Səxavət

Oxşar xəbərlər