9 Fevral 2020 11:29
545
12 Punto 14 Punto 16 Punto 18 Punto

9 fevral parlament seçkiləri ilə bağlı keçirilən seçkilərdə Səbail rayonunda seçici fəallığı müşahidə edilir.

Teleqraf.com xəbər verir ki, xüsusilə 29 saylı Səbail seçki dairəsinin 1376 nəfər seçicisi olan 2 saylı məntəqəsində (Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) səhər saatlarından başlayaraq seçicilər məntəqəyə aktiv şəkildə gəlirlər.

Seçkiləri xarici müşahidəçilər də izləyiblər. Qeyd edək ki, onlar səhər saat 8:00-da şəffaf seçki qutularının plomblanması və nömrələnməsini, həmçinin seçicilərin səsvermə prosesini də müşahidə ediblər.

MDB-nin parlament assambleyasının baş katibi Dmitri Kaibitski Dmitri və digər müşahidəçisi Sadiq Soqoyev bildiriblər ki, Azərbaycanda aparılan islahatların parlamentdə də davam etdirilməsi demokratik addımdır və bununla bağlı keçirilən seçkilər öz şəffaflığı ilə seçilir. O cümlədən, seçkiöncəsi təbliğat-təşviqat prosesi də yüksək fəallığı və kifayət qədər az nöqsanları ilə seçilib.

Müşahidəçilər qeyd ediblər ki, seçici fəallığı və yüksək seçki kampaniyası bir daha göstərir ki, Azərbaycanda mövcud olan və daha da inkişaf etdirilən seçki institutu ən yüksək şəkildə formalaşıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər