9 Fevral 2020 14:59
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

Saat 08:00-dan 14:00-dək parlament seçkilərini işıqlandıran jurnalistlərdən Azərbaycan Mətbuat Şurasının “qaynar xətt”inə 4 müraciət daxil olub.

Bu barədə Mətbuat Şurasından Teleqraf.com-a verilən məlumatda bildirilib.

Qeyd edilib ki, müraciətlərdən üçü 57 saylı Kürdəmir seçki dairəsinin 3, 5 və 20 saylı məntəqələri ilə bağlıdır. Bir müraciət isə 47 saylı Mingəçevir seçki dairəsinin 15 saylı seçki məntəqəsindəndir. Müraciət edənlər “7news” saytının əməkdaşı Murad Musayev, “Ayna.az” saytının əməkdaşı Rumiyyə Miraslan, “Femida.az” saytının əməkdaşı Mircəlal Məcidov və “Mediapress.az” saytının əməkdaşı Könül Aypara olub. Qeyd edilib ki, hər dörd məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyası ilə əlaqə saxlanılıb, problemlər aradan qaldırılıb.

Qeyd edək ki, bu gün keçirilən parlament seçkilərini işıqlandıran jurnalistlərin üzərinə düşən missiyanı səmərəli yerinə yetirmələri, bu istiqamətdəki mümkün problemlərin və anlaşılmazlıqların dərhal aradan qaldırılmasını təmin etmək üçün Azərbaycan Mətbuat Şurası tərəfindən “qaynar xətt” təşkil olunub. Belə ki, qurumun (012) 441 35 96 şəhər, (050) 206 96 02 mobil telefon nömrələri saat 08:00-dan 19:00-dək bu rejimdə işləyəcək.

Mətbuat Şurası, həmçinin, kütləvi informasiya vasitələrinin parlament seçkilərində peşə fəaliyyətlərini həyata keçirmələrinin monitorinqini də aparır. Şuranın İdarə Heyətinin üzvləri bu məqsədlə ölkənin müxtəlif bölgələrindəki, habelə paytaxt Bakıdakı seçki dairə və məntəqələrində olur, prosesi bilavasitə izləyirlər. Onlar prosesi işıqlandıran KİV təmsilçilərinə normal şəraitin yaradıldığını bildirib, heç bir maneə qeydə almayıblar.


Müəllif: Səxavət

Oxşar xəbərlər