Gürcüstan parlament üzvləri 11 məntəqədə müşahidə aparıb. Hər məntəqədə müşahidə aparan komissiyanın və parlamentin üzvləri seçkilərin şəffaf keçirilməsi üçün yüksək səviyyədə mühit yaradıldığının şahidi olub.
Teleqraf.com xəbər verir ki, bunu ötən gün ölkədə keçirilən parlament seçkiləri ilə bağlı mətbuat konfransında Gürcüstan parlamentinin üzvü Salavan Mirzoyev deyib. O bildirib ki, müşahidəçi korpusu da daxil olmaqla, hər kəs üçün rahat şərait yaradılıb.
“Azərbaycan Gürcüstan üçün partnyor ölkədir və bu ölkədəki siyasi proseslər bizim üçün də önəm daşıyır. Azərbaycanda seçkilərin belə demokratik şəraitdə keçirilməsi regionda demokratiyanın inkişafına təkandır.
Azərbaycan xalqı hakimiyyətə olan dəstəyini bir daha göstərdi. Biz Gürcüstan olaraq Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyirik”, - o bildirib.