10 Fevral 2020 12:15
517
12 Punto 14 Punto 16 Punto 18 Punto

Növbədənkənar parlament seçkilərini izləyən xarici nümayəndələr arasında Meksika heyəti də olub.

Teleqraf.com xəbər verir ki, Meksika Parlamentinin deputatı Aqustin Qarsia Rubio ötən gün baş tutan növbədənkənar parlament seçkiləri ilə bağlı müşahidələrini bölüşüb: "Deputat olaraq demokratik seçkilərlə bağlı əsas məqamları açıqlamaq istəyirəm. Seçkilər bütövlük, dürüstlük və məsuliyyət prinsipi əsasında təşkil olunmuşdu. Xarici ölkələrin nümayəndələrinə isə ölkələrarası münasibətlərə fayda vermək imkanı tanınmışdı.

Avtoritarlığın qarşısını almaq üçün vətəndaşların səsvermədə iştirakı mütləq idi. Azərbaycan vətəndaşlarının öz övladlarını prosesə cəlb etmək və seçkinin mahiyyətini onlara başa salması ilə gələcəkdə bu prosesin daha demokratik və təkmilləşdirilmiş formada keçirilməsinə şərait yaranacaq.

Gün ərzində Bakıda 10 məntəqədə seçki prosesinin müşahidəsini aparmışam. İllər öncə qoyulan təməllərin bu gün də prioritet olduğunun şahidi oldum. Azərbaycanda sənaye və turizm, energetika və iqtisadi sahədə nailiyyətləri müsbət dəyərləndirirəm. Hər bir Azərbaycan vətəndaşı Meksikada hörmətlə qarşılanacaq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər