"İndi əmin oldunmu ki, sənin şikayətinə baxırıq. Hələ o gün MSK qarşısındakı aksiyada iddia etdiklərinin də üstünə bir xeyli material əlavə edib baxırıq. Siz çöldə bizi qorxudurdunuz ki, şikayətinizə baxmayacağıq. Odur ki, özünü təbliğ elə, amma bizi də kölgəyə salma".
Teleqraf.com xəbər verir ki, bu barədə MSK sədri Məzahir Pənahov 34 saylı Xətai ikinci seçki dairəsi üzrə Səməd Rəhimli, Vəsilə Hacıyeva, Nicat Qasımzadə və digərlərinin şikayətinin müzakirəsi zamanı Səməd Rəhimliyə müraciətlə deyib.
O qeyd edib ki, S.Rəhimli MSK önündə aksiya keçirənlərdən biridir.
MSK sədri təqdim edilmiş videolara özünün də baxdığını vurğulayıb:
“Təqdim olunan videolarla MSK üzvləri və əməkdaşları ilə birgə mən də baxıram. Seçki həm də sosial şəbəkələrə görə yaxşı keçib. Sosial şəbəkələr çox ciddi faktordur. Cəmi 3 faiz məntəqə ilə bağlı sosial şəbəkələrdə materiallar var, qalan 97 faizində seçkilər yaxşı keçib”.