Bizə təqdim olunan bütün görüntülər araşdırılacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə MSK-nın iclasında 29 saylı dairə üzrə namizəd Bəxtiyar Hacıyevin şikayətinin müzakirəsi zamanı MSK sədri Məzahir Pənahov bildirib.
MSK sədri namizədə müraciətlə deyib:
“Həmin seçki dairəsi üzrə 23 saylı məntəqədən narahat olma, onu da araşdıracağıq”.
Qeyd edək ki, sosial şəbəkələrdə həmin məntəqədə seçki pozuntularının olmasına dair video yayılıb.