Bu seçki prosesi zamanı təbliğat-təşviqat qaydaları gözlənilməyib. Belə ki, dekabrın 5-də – növbədənkənar parlament seçkiləri elan olunan gündən namizədlər sosial şəbəkələrdə təbliğata başlayıblar".
Teleqraf.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov komissiyanın iclasında deyib.
O qeyd edib ki, MSK bununla bağlı heç kimi cəzalandırmayıb:
“Ona görə ki, namizədlərin heç biri digərindən şikayət etmədi. Onlar bu imkandan gen-bol istifadə ediblər”.