22 Fevral 2020 17:10
833
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliya, Azərbaycanın Avropa Birliyi ölkələri arasında əsas tərəfdaşıdır. Eyni zamanda, ticari və iqtisadi münasibətlər baxımından da liderdir. Təsadüfi deyil ki, İtaliya Azərbaycanla tərəfdaşlıq haqqında müvafiq sənədi imzalayaraq, əlaqələrimizi çoxvektorlu əməkdaşlıq kimi qiymətləndirdi.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deyib.

Onun sözlərinə görə, iki ölkə arasında iqtisadi və ticari sahə ilə yanaşı, humanitar, mədəniyyət, təhsil sahələrində əməkdaşlıq daha da güclənəcək:

“Düşünürəm ki, bu əməkdaşlıq ikitərəfli maraqlardan doğur. Avropada çətin proseslər gedir, dinlərin, etnik qrupların toqquşmaları qeydə alınır. Azərbaycanın min illərlə formalaşan sivilizasiyalar və mədəniyyətlərin əməkdaşlıq təcrübəsi bu gün Avropa üçün mühüm rol oynaya bilər. İtaliyada da bunu çox gözəl bilirlər. Əminəm ki, Azərbaycan-İtaliya əməkdaşlıq modeli Azərbaycan-Avropa Birliyi əməkdaşlıq modeli istiqamətində inkişaf edəcək. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində böyük rol oynayır. Bu əməkdaşlıq da məhz İtaliyada formalaşıb”.

Asim Mollazadə qeyd edib ki, İtaliyanın Ermənistan-Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi də məhz beynəlxalq hüquq normalarına əsaslanır və bu hüququn aliliyini dəstəkləyir.

O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya səfəri zamanı izmaladığı Birgə Bəyannamədə iki ölkənin bir-birinin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərinin toxunulmazlığına hörmətlə yanaşdığı və bunu dəstəklədiyi vurğulanıb:

“Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməklə münaqişənin sülh yolu, beynəlxalq hüquq normaları çərçivəsində həllini istəyən İtaliya bu mesajı Avropa Birliyi ölkələrinə də verir. Bu, həm də nüfuzlu beynəlxalq təşkilatlar üçün model yanaşmadır”.

Nərgiz


Müəllif: Nərgiz

Oxşar xəbərlər