25 Fevral 2020 11:38
2 360
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ilə İdlib məsələsi ətrafında ikitərəfli müzakirələr davam edir. Onlar hər nə qədər təkzib etsə də, Əsəd rejiminə ən yüksək səviyyədə yardım edirlər.

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana yola düşməzdən öncə açıqlamasında deyib.

“Liviyada Haftar adlı qeyri-legitim bir şəxs, paralel olaraq Əbu Dabi administrasiyası var, Rusiyanın isə muzdlulardan ibarət vaqner adlı qruplaşması var. Bunun maliyyə mənbəyi Birləşmiş Ərəb Əmirliklərindən gəlir. Bütün bunlarla bağlı Rusiya ilə müzakirələr aparırıq. Onlar rejim qüvvələrinə ən yüksək səviyyədə dəstək verirlər. Nə qədər inkar etsələr də, bizdə sübutlar var. Hadisələr sərhədlərimizdə baş verdiyindən bu mübarizənin içində olmağa məcbur yox, məhkumuq”, - Türkiyə prezidenti bildirib.

Ərdoğan qeyd edib ki, Türkiyə sərhədlərinə insan axını gəlirsə, buna sakit yanaşmaq olmaz:

“Heç kəs bu məsələyə həssas yanaşmır. Humanitar vəziyyəti nəzərə alınaraq dəyərləndirmələr aparırıq”.

Onun sözlərinə görə, İdliməsələsi ilə bağlı reallaşması gözlənən dördtərəfli sammitdə ittifaq, müzakirə mövzusu deyil.


Müəllif: Nərgiz

Oxşar xəbərlər