25 Fevral 2020 17:24
483
12 Punto 14 Punto 16 Punto 18 Punto

MSK-nın bugünkü iclasında 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə namizədlər Əlirza Kərimli və digərlərinin şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə MSK üzvü Qabil Orucov məlumat verib.

O qeyd edib ki, sözügedən şəxslər müvafiq DSK-nın qərarını mübahisələndiriblər:

“Onlar şikayətə 6 protokol təqdim ediblər. Şikayət əsassız olduğundan təmin olunmamalıdır”.

Şikayət təmin edilməyib.

Daha sonra 22 saylı Nəsimi ikinci seçki dairəsi üzrə namizəd Turqut Qəmbərin şikayətinə baxılıb.

Bu şikayət də əsassız olduğundan təmin edilməyib.


Müəllif: Səxavət

Oxşar xəbərlər