27 Fevral 2020 17:02
1 147
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu gün Prezident Administrasiyasının binasında PA siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə bir neçə siyasi partiya ilə birgə siyasi partiya və dövlət münasibətləri, ofis və sair məsələlərlə əlaqədar əvvəllər etdiyimiz müraciətlə bağı görüşüm olub”.

Teleqraf.com xəbər verir ki, bunu sosial şəbəkədəki hesabında Azərbaycan Xalq Partiyasının lideri, keçmiş Baş nazir Pənah Hüseyn yazıb.

Görüşlə bağlı daha ətraflı məlumat almaq üçün Pənah Hüseynlə əlaqə saxladıq. O, əvvəlcə “görüşlə bağlı heç bir kommentariyam yoxdur, sosial şəbəkədə status yazmaqda da məqsədim görüşlə bağlı məlumatı ictimailəşdirmək idi” desə də sonradan bəzi məlumatları bölüşməyə razılaşdı.

“Bir neçə cümlə deyə bilərəm ki, mənim üçün maraqlı söhbət oldu”, – deyən P.Hüseyn qeyd etdi ki, görüşlə bağlı müraciət edənlərin biri də o olub.

Sabiq Baş nazir qeyd edib ki, bir neçə partiya, o cümlədən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev bir neçə ay əvvəl müraciət edib. Onun sözlərinə həmin müraciət əsasında Prezident Administrasiyasına dəvət olunub və bu gün ətraflı görüş keçirilib:

“Görüşdə təkcə mən iştirak etmişəm”.


Müəllif: Səxavət

Oxşar xəbərlər