Bizdə daha çox qayğıya ehtiyacı olan insanlar günəmuzd işləyənlərdir.
Teleqraf.com xəbər verir ki, bu sözləri Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı deputat Bəhruz Məhərrəmov deyib.
Deputat qeyd edib ki, həmin şəxslər həm öz, həm də bəzi qurumların günahı üzündən işsiz kimi də heç yerdə qeydiyyatda deyillər: “Bu gün həmin insanlar yardımdan kənarda qalır. Həmin yardım gündəlik 5-10 manat qazanan insan üçün çox vacibdir.
Eyni zamanda, adına torpaq olan şəxslər də bu yardımdan kənarda qalır. Bu məsələyə də təkrar baxılmalıdır”.