30 Aprel 2020 22:25
678
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu günə qədər müraciətlər əsasında 15 mindən artıq vətəndaşımız dünyanın müxtəlif ölkələrindən geri qaytarılıb.

Teleqraf.com-un məlumatına görə, bunu AzTV-nin "Hədəf" verilişinin qonağı olan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

O qeyd edib ki, təəssüflər olsun ki, pandemiya bu gün dövlətlərarası beynəlxalq münasibətlərə də öz təsirini göstərib:

"Bu xüsusda Azərbaycan hökuməti pandemiya ilə mübarizə çərçivəsində ilk günlərdən etibarən mərhələli şəkildə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edib. Bu məqamda mövcud vəziyyətdə xarici dövlətlərdən vətəndaşlarımızın geri qaytarılması üçün bütün lazımi tədbirlər həyata keçirilib. Həmin tədbirlər bu gün də davam etməkdədir. Pandemiya başlayandan etibarən vətəndaşların geri qaytarılmasında bütün işləri ölkəmizin diplomatik nümayəndəlikləri, xarici ölkələrdəki səfirlikləri və konsulluqları tərəfindən həyata keçirilib. Biz xaricdəki vətəndaşlarımızdan özləri və ailələri ilə bağlı mövcud vəziyyət haqqında ilk növbədə olduqları yerdəki Azərbaycanın diplomatik nümayəndəlikləri ilə əlaqə yaradıb xəbər vermələrini xahiş etmişik. Bunun nəticəsində də həmin vətəndaşlar haqqında məlumatlar müxtəlif ölkələrdən bura ötürülürdü və müvafiq addımlar atılırdı. Qeyd edim ki, edilən bütün müraciətlər qeydə alınırdı.

L.Abdullayeva əlavə edib ki, qonşu ölkələrlə sərhədlərin müvəqqəti bağlanması təbii ki, təxliyə prosesinə də təsirsiz ötüşməyib:

"Bildiyiniz kimi, aprelin 5-dən etibarən ölkədə infeksiyanın yayılmasının genişlənməsi nəzərə alınaraq artıq qonşu ölkələrlə gediş-gəliş müvəqqəti olaraq dayandırıldı. Belə olan halda isə təxliyələr də infeksiyanın yayılması vəziyyətinə, tibbi və logistik təminatın hazırlığına uyğun həyata keçirilməyə başlanıldı. Bütün bunları nəzərə alaraq vətəndaşlarımızın da mövcud vəziyyəti anlamaları, yaranmış vəziyyətlə əlaqədar anlayış göstərmələri və dövlətimizə dəstək olmaları çox vacib məqamdır".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər