Ölkəmizdə çox ciddi dəyişikliklər baş verir. Baş prokuror, icra başçıları dəyişdirilirdi. Əvvəllər onlara verilən tapşırıqları cəmiyyət bilmirdi. Amma indi ölkə başçısı açıq şəkildə tapşırıqlarını verir və cəmiyyət də görür ki, yeni təyinat alan şəxsə nə tapşırılıb və onlardan nə tələb olunur.
Teleqraf.com xəbər verir ki, bunu deputat Fazil Mustafa parlamentin bugünkü iclasında deyib.
F. Mustafanın sözlərinə görə həbs olunan icra başçılarının əməllərinə baxanda görürük ki, bir rayonda 150 sahibkarın torpağını əlindən alıb. Amma bunu qanunsuz yox, məhkəmə qərarı ilə edib:
“Belə bir vəziyyətdə bu insanlar ayaqda qala bilibsə, bu özü də böyük bir şeydir. Ona görə də hesab edirəm ki, biz, ədalət prinsipini bərpa etməliyik. Yeni təyin olunan hakimlər də bunu nəzərə almalıdır. Əgər, biz ədalətli cəmiyyəti bərpa edə bilməsək, bu, çox ağır nəticələrə gətirib çıxaracaq”.