7 May 2020 17:05
1 418
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında “Yaşayış minimumu haqqında”, “Qanın və qan komponentlərinin donorluğu və qan xidməti haqqında”, “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında”, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, “İnzibati icraat haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Əmək pensiyaları haqqında” və Sosial müavinətlər haqqında” qanun layihələri müzakirəyə çıxarılıb.

Teleqraf.com xəbər verir ki, layihə barədə danışan komitə sədri Siyavuş Novruzov adları çəkilən sənədlərə təklif olunan düzəlişləri diqqətə çatdırıb. Bildirilib ki, dəyişikliklər redaktə xarakterlidir.

Onlayn iclasda iştirak edən komitə üzvləri Elşən Musayev, Tahir Rzayev, Nizami Cəfərov, Kamran Bayramov, Aqil Məmmədov, Cavid Osmanov, Səbinə Xasayeva, Məzahir Əfəndiyev, Emin Hacıyev, Əliabbas Salahzadə layihə barədə fikirlərini bildirib, dəyişiklikləri məqsədəmüvafiq hesab ediblər.

Müzakirələrin sonunda qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Sonra onlayn iclasda cari məsələlər barədə müzakirələr zamanı Regional məsələlər komitəsinin növbəti dövr üçün qanunvericilik fəaliyyəti və koronavirus infeksiyası ilə əlaqədar ölkəmizdə fəaliyyət məhdudiyyətlərinin vaxtının uzadılması və yumşaldılması çərçivəsində qarşıda dayanan vəzifələr və görülən işlər haqqında komitə üzvləri öz fikirlərini bildiriblər.

Deputatlar Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bu infeksiyanın yayılmasının qarşısının alınması üçün vaxtında, çevik, operativ və düşünülmüş şəkildə həyata keçirilən tədbirləri yüksək qiymətləndiriblər.


Müəllif: Cavad

Oxşar xəbərlər