Qərbi Azərbaycan Respublikasının, onun mühacir hökumətinin elan edilməsi normal, amma gecikmiş ideyadır. Hər halda hesab edirəm ki, bu işin altına girənlər səmimi və ardıcıl olmalıdırlar.
Bu fikirləri Teleqraf.com-a KXCP sədri Mirmahmud Mirəlioğlu deyib.
Partiya sədri xatırladıb ki, 20-25 ildir simmetrik status məsələsi gündəmdə var:
“Ayrı-ayrı şəxslər, siyasi partiyalar bu barədə müxtəlif fikirlər ifadə edib, ortaya mövqe qoyublar və s. Mən hesab edirəm ki, bunlar olmalıdır, amma həm də real iş görülməlidir. Yəni, quş qoymaq xatirinə “ay filan professor belə etdi” formasında olmamalıdır. Gerçək iş görülməlidir”.