15 May 2020 15:17
632
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Teleqraf.com-un xəbərinə görə, təbrik mətnində deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Milli bayramınız - Respublika Günü münasibətilə Sizi və bütün Azərbaycan xalqını Qazaxıstan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan öz dövlətçiliyinin möhkəmləndirilməsində, xalqının rifahının yaxşılaşdırılmasında və beynəlxalq arenada nüfuzunun artırılmasında mühüm tərəqqiyə nail olub. Bununla əlaqədar olaraq, ölkənizə daim inkişaf etməyi və Sizin rəhbərliyinizlə yüksək nailiyyətlərə çatmağı arzulayıram.

Əminəm ki, Qazaxıstan ilə Azərbaycanın ənənəvi dostluq və həmrəylik üzərində qurulan strateji münasibətləri xalqlarımızın rifahı naminə bundan sonra da inkişaf edəcək.

Hörmətli İlham Heydər oğlu, ali dövləti vəzifənizdə Sizə böyük uğurlar, dost Azərbaycan xalqına firavanlıq və tərəqqi arzu edirəm".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər