28 May 2020 08:48
686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parisdə 28 May - Respublika Gününə həsr edilmiş "28 il Qarabağsız" adlı onlayn konfrans keçirilib.

Teleqraf.com xəbər verir ki, konfrans Azərbaycan-Fransa Dialoqu Assosiasiyasının (ADFA) təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 102-ci ildönümü münasibətilə təşkil edilib.

ADFA-nın prezidenti Günel Səfərovanın moderatorluğu ilə keçirilən onlayn konfransda Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, deputat Tural Gəncəliyev, tarix elmləri üzrə tədqiqatçı Maksim Qoen və fransız rejissor Maksim Marduxayev çıxış ediblər.

ADFA-nın prezidenti Azərbaycan Xalq Cümhuriyyəti, onun vətəndaşlara verdiyi bərabər hüquqlar, bəşəri dəyərlər əsasında yaratdığı qanunlar haqqında məlumat verib.

T.Gəncəliyev Azərbaycan torpaqlarının 20 faizinin ermənilər tərəfindən işğal olunması, bunun nəticəsində 1 milyondan çox həmvətənimizin qaçqın və məcburi köçkün düşməsinə baxmayaraq, Dağlıq Qarabağın azərbaycanlı icmasının bu gün də sülhə hazır olduğunu vurğulayıb. İcma rəhbəri bu sülh çağırışının erməni icması tərəfindən hələ də rədd edildiyini təəssüflə bildirib.

Tədqiqatçı Maksim Qoen tarix boyu, xüsusilə XX əsrin əvvəllərində ermənilərin Dağlıq Qarabağda törətdikləri soyğunçuluq və qarətlər, azərbaycanlılara qarşı qırğın və cinayətər haqqında danışıb.

Fransalı rejissor Maksim Marduxayev rəsmi danışıqlarla bərabər Dağlıq Qarabağın azərbaycanlı icması ilə erməni icması arasında sülhə nail olunmasının əhəmiyyətinə toxunub.//Report


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər